Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-31,
Seanews
Heyder Eliyev

Avstraliya çimərliklərində sirli köpükdən yüzdən çox insan xəstələnib

Cənubi Avstraliya çimərliklərində peyda olan sirli köpük müxtəlif dəniz canlılarının ölümünə səbəb olub.

AZƏRTAC xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, bölgədəki çimərliklər lilə bənzəyən qalın sarı-yaşıl köpüklə örtülüb. Eyni zamanda, tələf olan dəniz atları, müxtəlif balıqlar və osminoqlar dalğalar vasitəsilə sahilə atılıb.

Köpüklü dənizdə üzən 100-dən çox sörfçü bulanıq görmə, göz qaşıntısı, öskürək və nəfəs darlığı kimi qəribə simptomlardan şikayətlənməyə başlayıb.

Avstraliyanın Ətraf Mühitin Mühafizəsi Departamenti köpüklü çimərlikləri müvəqqəti olaraq ictimaiyyət üçün bağlayıb. Versiyalardan birinə görə, dənizdəki köpük durğun su və yüksək temperatur sayəsində mikroyosunların çiçəklənməsi səbəbindən meydana çıxıb. Qeyd edək ki, Cənubi Avstraliya son aylar həddindən artıq istilərlə üzləşib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır