Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-31,
Seanews
Heyder Eliyev

Konteyner gəmilərindəki kiçik reaktorlar digər yanacaq sistemlərinə nisbətən daha az risk yaradır

Böyük konteyner gəmilərində aşağı güclü reaktorların istifadəsi digər alternativ yanacaq sistemlərinin istifadəsi ilə müqayisədə çox az risk yaradır.

“Seanews.az” xəbər verir ki, bu fikri Cənubi Koreyanın “HD Korea Shipbuilding & Offshore Engineering” (“HD KSOE”) gəmiqayırma şirkətinin birinci vitse-prezidenti Sanqmin Park bildirib.

Onun sözlərinə görə “ABS” təsnifat cəmiyyəti “HD KSOE” şirkətinə nüvə enerjisi ilə işləyən konteyner gəmisi (15 000 TEU-luq) konsepsiyası üçün prinsipial təsdiq sertifikatı verib.

“HD KSOE nümayiş etdirdi ki, belə reaktorlar gəmiçiliyin kommersiya modelini, gəmilərin istismarını və onların konstruksiyalarını dəyişdirir.

Qeyd edək ki, dördüncü nəsil kiçik modul reaktorlar hələ də nümayiş modelidir, lakin onlar adi nüvə reaktorları ilə müqayisədə innovativ təhlükəsizlik təkmilləşdirmələri təklif edirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır