Konteyner gəmilərinin qiymətləri tarixi maksimuma çatıb
Tayvanın konteyner gəmiçiliyi şirkəti "Evergreen"in yanvarda sifariş etdiyi 11 konteyner gəmisinin hər biri 267,3 milyon dollara başa gələcək.
"Seanews.az" bu barədə "Splash"a istinadən xəbər verir.
Məlumata görə, bu, konteyner gəmisi üçün indiyə qədər razılaşdırılmış ən yüksək qiymətdir.
Qeyd edək ki, sözügedən gəmilərin hər biri 24 min TEU tutumuna malik olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır