IMO gəmi əməliyyatlarının karbon intensivliyi ilə bağlı tələbləri yenidən nəzərdən keçirməyi planlaşdırır
IMO-nun London qərargahında 2-4 aprel tarixlərində Atmosferə Çirklənmənin Qarşısının Alınması və Enerji Effektivliyi üzrə Aralıq İşçi Qrupunun iclası keçiriləcək.
"Seanews.az" xəbər verir ki, İşçi Qrupu gəmi əməliyyatlarının karbon intensivliyinə (CII – Carbon Intensity Indicator) dair tələblərlə bağlı MARPOL Konvensiyasının VI əlavəsinə dəyişikliklər layihəsini hazırlayacaq.
Aralıq İşçi Qrupunun əsas vəzifələri aşağıdakılardan ibarət olacaq:
- 2027-2030 illəri üçün CII tələblərinin sərtləşdirilməsini təmin edən illik amillərin müəyyən edilməsi;
- CII hesablanmasının metodologiyasına gəmi istismarının xüsusiyyətləri ilə əlaqəli amillərin daxil edilməsi barədə təkliflərin müzakirəsi;
- IMO-ya gəmi tərəfindən istehlak olunan yanacaq məlumatlarının təqdim edilməsi prosedurlarının təkmilləşdirilməsi.
Qrupun işinin nəticələri MARPOL Konvensiyasının VI əlavəsinə ediləcək dəyişikliklərin əsasını təşkil edəcə. Bu il qəbul ediləcək dəyişikliklərin 2027-ci ilin əvvəlində qüvvəyə minməsi nəzərdə tutulur.