Dünya Sağlamlıq Günündə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün gəmi-muzeyə ziyarət təşkil olunub
Dünya Sağlamlıq Günü ilə əlaqədar Psixoloji İnkişaf Mərkəzinin xüsusi qayğıya ehtiyacı olan azyaşlı üzvləri ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.
Ziyarət zamanı uşaqlar muzeyin unikal eksponatları ilə tanış olub, həmçinin interaktiv imkanlardan yararlanaraq müxtəlif təcrübələr qazanıblar.
Qeyd edək ki, “Suraxanı” gəmi-muzeyi davamlı olaraq öz təşəbbüsü ilə müxtəlif yaş qruplarına və xüsusi kateqoriyadan olan şəxslərə yönəlik maarifləndirici və əyləncəli layihələr həyata keçirir. Həmçinin muzey ayrı-ayrı dövlət qurumları, ictimai birliklər və təşkilatlarla sıx əməkdaşlıq edərək, sosial inkluzivliyi və fərqli qrupların mədəniyyətə və təhsilə daha yaxın olmasını təmin edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır