Almaniyanın sualtı qayıq istehsalçısı tərsanə işçilərinin sayını 16 dəfə artıracaq
Almaniyanın sualtı qayıq istehsalçısı növbəti beş il ərzində törəmə gəmiqayırma zavodunda işçilərin sayını 16 dəfə artırmağı planlaşdırır.
“Seanews.az” bu barədə “Bild” qəzetinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Kildə yerləşən “Thyssenkrupp Marine Systems” şirkəti Vismardakı gəmiqayırma zavodunda işçilərin sayını 1500 nəfər artırmaq niyyətindədir. Hazırda orada cəmi 100 nəfər işləyir.
Qəzetin qeyd etdiyi kimi, ştatın bu qədər artırılmasının səbəblərindən biri də Bundesverin (Almaniya Silahlı Qüvvələri) yenidən silahlanmasıdır. 2024-cü ilin sonunda Bundestaqın Büdcə Komitəsi (Almaniya parlamenti) Almaniya Hərbi Dəniz Qüvvələri üçün daha dörd “212 CD” sinifli sualtı qayığın tikintisini təsdiqləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır