"MSC" donanmasındakı gəmilərin sayına görə konteyner daşıyıcıları arasında ilk pillədə qərarlaşıb
Mediterranean Shipping Company (MSC) LNG ilə işləyən "MSC Germany" gəmisini istismara verdikdən sonra donanmasındakı gəmilərin sayına görə konteyner daşıyıcıları arasında ilk pillədə qərarlaşıb.
"Seanews.az" "Alphaliner"-in məlumatına istinadən xəbər verir ki, hazırda "MSC" 900 gəmidən ibarət donanma ilə bütün rəqiblərini üstələyir. Şirkətin donanmasındakı gəmilərdən 609-u özünə məxsusdur, 291-i isə icarəyə götürülüb.
"MSC"-nin ümumi donanma tutumu indi təxminən 6,47 milyon TEU-ya çatır. Bu da "Maersk" ilə müqayisədə təxminən bir milyon TEU çoxdur.
Gələcək planlara əsasən, "MSC"-nin donanması 132 yeni gəmi sifarişi ilə 1000 gəmiyə çatdırılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır