Dənizçilər basketbol meydanında bir araya gəliblər
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) struktur bölmələri arasında basketbol turniri keçirilib.
Gərgin idman mübarizəsi şəraitində baş tutan turnirdə "Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunu (ZGTTZ) təmsil edən komanda bütün rəqiblərinə üstün gələrək birinci yerin sahibi olub. İkinci yerə Xəzər Dəniz Neft Donanmasının (XDND) komandası layiq görülüb. Üçüncü yerdə “Bibiheybət” Gəmi Təmiri Zavodunu (BGTZ) təmsil edən komanda qərarlaşıb.
ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə keçirilən yarışın sonunda qalib komandalar diplom və hədiyyələrlə təltif olunublar.
Qalib komanda 3–4 may tarixlərində dövlət qurumları arasında keçiriləcək basketbol turnirində ASCO-nun adından çıxış edəcək.
Qeyd edək ki, bu cür idman tədbirləri ASCO əməkdaşlarının sağlam həyat tərzinə marağını artırmaq, korporativ ruhu gücləndirmək və komanda işini təşviq etmək məqsədi daşıyır.