Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-08,
Seanews
Heyder Eliyev

Dəniz daşımaları ilə məşğul olan gəmilər getdikcə daha yavaş sürətlə hərəkət edirlər

Dəniz daşımaları ilə məşğul olan gəmilər getdikcə daha yavaş sürətlə hərəkət edir və bu ilin birinci rübündə ən aşağı istismar sürəti qeydə alınıb.

“Seanews.az”  “Clarksons Research”-ə istinadən xəbər verir ki, bu, xüsusilə cari ilin ilk aylarında kommersiya çətinlikləri yaşayan şirkətlərdə özünü göstərib.

Beləliklə, bu il tarifləri tarixi minimuma enən LNG daşıyıcı seqmentində gəmilərin orta istismar sürəti 2024-cü illə müqayisədə 2% azalaraq 14,6 düyün təşkil edib.

İstismar sürətini 1,7% azaldan balkerlər 10,7 knot, ərzaq məhsulları daşıyan tankerlər isə 11,2 düyünlə hərəkət ediblər. Bunlar rekord aşağı sürət göstəriciləridir.

Bir tərəfdən gəmi sahibləri sürəti azaltmaqla çətin bazar şəraitində daşıma qabiliyyətindən maksimum istifadə etməyə çalışır, digər tərəfdən “Carbon Intensity Indicator” kimi ekoloji tələblərə uyğunluğa nail olurlar.

Gəmiçiliyin iqlimə təsirini azaltmağın ən təsirli yolu gəmilərin istismar sürətini azaltmaqdır. “Clean Shipping Coalition”-un nümayəndəsi Con Maqsın sözləri ilə desək: "Gəminin istismar sürətini 10% azaltmaq səfər zamanı emissiyaları 20% azalda bilər".

Qeyd edək ki, gəmilərin aşağı sürətlə hərəkəti 2008-ci ildən müşahidə olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır