Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-19,
Seanews
Heyder Eliyev

Almaniyada iri gəmilərin sökülməsi və təkrar emalı üçün zavod tikiləcək

Almaniya hökuməti iri tonajlı gəmilərin sökülməsi və təkrar emalı üzrə ilk zavodun tikintisinə icazə verib.

“Seanews.az” xəbər verir ki, yeni müəssisə  “EWD Benli Recycling” tərəfindən idarə olunacaq. Zavod Emden şəhərində “Emder Werft und Dock” (“EWD”) ana şirkətinin ərazisində tikiləcək.

“EWD Benli Recyclin” şirkəti tullantıların idarə olunması üzrə ixtisaslaşmış biznes kimi təsnifləşdirilməsi üçün lazımi dövlət icazələrini alıb. Təsdiq prosesi təxminən bir il çəkib.

Şirkət diqqətini dəniz və çay gəmilərinin, sərnişin gəmiləri və bərələrin, külək turbinlərinin və sənaye müəssisələrinin sökülməsi və təkrar emalına yönəltməyi planlaşdırdığını bildirib.

1903-cü ildə “Nordseewerke – Emder Werft und Dock” adı ilə əsası qoyulan gəmiqayırma zavodunun üzən və quru dokları, 2 km uzunluğunda yanalma divarı var. Hazırda müəssisədə 150 nəfər çalışır. Prinsipcə, dəniz şlüzü vasitəsilə Emden limanına daxil ola biləcək hər üzən vasitəni sökə biləcəklər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır