Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-19,
Seanews
Heyder Eliyev

Lonq-Biç işlənən yüklərin həcminə görə təkcə Los-Anceles limanından geri qalır

2025-ci ilin aprel ayında ABŞ-ın Lonq-Biç limanında 867,493 TEU konteyner aşırılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,6% çoxdur. Bu rəqəm həm də 2022-ci ilin aprelində müəyyən edilmiş əvvəlki rekordu 5,7% üstələyir.

“Seanews.az” xəbər verir ki, liman administrasiyasının hesabatında belə deyilir.

Aprel ayında aşırılan idxal konteynerlərinin həcmi illik müqayisədə 15,1% artaraq 419 828 TEU təşkil edib. İxrac konteynerlərinin həcmi isə əksinə, 4,5% azalaraq 93 842 TEU olub. Limanda boş konteynerlərin aşırılması 23% artaraq 353 824 TEU-ya çatıb.

2025-ci ilin yanvar-aprel aylarında limanın konteyner ötürmə qabiliyyəti illik müqayisədə 23,6% artaraq 3,4 milyon TEU təşkil edib.

Qeyd edək ki, Lonq-Biç işlənən yüklərin həcminə görə ölkənin ikinci ən böyük dəniz limanıdır: keçən il limanın terminallarında 9,6 milyon TEU aşırılıb. 2024-cü ildə 10,3 milyon TEU ilə Los-Anceles limanı birinci yerdə olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır