BƏƏ-də sualtı "bağlar" salınacaq
BƏƏ-nin 4 milyon mərcan əkmək təşəbbüsü 900 hektardan çox ərazini əhatə edəcək və bu, dünyanın ən böyük mərcan layihəsinə çevriləcək.
Oxu.az xəbər verir ki, bu barədə WAM məlumat yayıb.
Məlumata görə, işlərə Əbu-Dabidəki Ətraf Mühit Agentliyinin sədri Şeyx Həmdan bin Zayed rəhbərlik edir.
Bildirilir ki, sualtı mərcan bağlarının salınması layihəsi 2030-cu ildə tamamlanacaq. Hədəf müxtəlif dizayn və ölçülərdə 40 000 ekoloji təmiz süni mərcan bağları yaratmaqdır. Layihənin məqsədi 1200 kvadrat kilometr sahilboyu və dərin dəniz ərazilərində dəniz orqanizmlərinin böyüməsini dəstəkləməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır