Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-29,
Seanews
Heyder Eliyev

2031-ci ilədək 337 LNG daşıyıcısı tikiləcək

Mayeləşdirilmiş təbii qazın (LNG) nəqli üzrə dünya donanmasındakı gəmilərin sayı 2024-cü ildə 7,5% artaraq 742-yə çatıb.

“Seanews.az” Beynəlxalq Qaz İttifaqının (IGU) hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin sonunda daha 337 yeni gəmi sifariş edildi ki, bu da mövcud donanmanın həcminin 45,4%-nə bərabərdir.

Sifariş edilən tankerlərdən 97-si 2025-ci ildə, 101-i 2026-cı ildə, 62-si 2027-ci ildə, 58-i 2028-ci ildə, 13-ü 2029-cu ildə, 3-ü isə 2030-2031-ci illərdə bazara çıxarılacaq.

Əvvəllər bildirildiyi kimi, Şimal Dəniz Marşrutu üzrə yük axınının yarıdan çoxu LNG daşınmasının payına düşür. 2024-cü ilin sonuna qədər Şimal Dəniz Marşrutu boyunca 21,86 milyon ton mayeləşdirilmiş təbii qaz nəql edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır