





Çində yeni xəstəxana gəmisi istifadəyə verilib
Çində sayca üçüncü xəstəxana gəmisi istifadəyə verilib.
“Seanews.az” xəbər verir ki, “Auspicious Ark” (“Uğurlu Gəmi”) adlı gəmi yerli mütəxəssislər tərəfindən dizayn edilib.
Çin Müdafiə Nazirliyindən bildirilib ki, gəmi müasir tibbi avadanlıqlarla təchiz olunub.
“Auspicious Ark” daha əvvəl istismara verilən “Sülh” və “İpək Yolu” gəmiləri ilə birlikdə dənizdə tibbi dəstək əməliyyatlarında əsas rol oynayacaq. Gəmi beynəlxalq humanitar tibbi xidmətlər göstərmək, böyük fəlakətlər zamanı təcili tibbi yardımı təmin etmək və hərbi tibbi əməkdaşlığı inkişaf etdirmək kimi funksiyaları yerinə yetirəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır