

Ceyms Kukun 3 əsr əvvələ aid məşhur gəmisinin son məkanı təsdiqlənib
Avstraliya Milli Dəniz Muzeyi 25 illik araşdırmaların nəticəsi olaraq, Ceyms Kukun məşhur "Endeavour" gəmisinin ABŞ-nin Rod-Aylend ştatının Nyupor limanı ərazisində batdığını təsdiqləyib.
"Seanews.az" xəbər verir ki, bu gəmi 1768-ci ildə Ceyms Kukun Sakit okean səfərində istifadə olunmuş və sonradan 1778-ci ildə Amerika Müstəqillik müharibəsi zamanı Britaniya qüvvələri tərəfindən qəsdən batırılıb.
Muzeyin direktoru Daryl Karp 2022-ci ildə yayımlanan ilkin hesabatın nəticələrini təsdiqlədiklərini və bunun 25 illik arxeoloji tədqiqatların nəticəsi olduğunu bildirib.
Qeyd edək ki, Ceyms Kuk 1774-cü ildə Yeni Kaledoniya və bir çox adaları kəşf edib. O, adaya əcdadlarının şərəfinə Şotlandiyanın qədim adını - Kaledoniyanı verib.
Ceyms Kukun həyata keçirdiyi ən böyük kəşflər sayəsində Yerin cənub yarımkürəsinin xəritəsi özünün müasir şəklini ala bilib. O, böyük elmi nəticələr verən üç dünya səyahəti edib. Səyyah 1779-cu ildə Havay adalarını kəşf edib və bu zaman yerli sakinlərlə baş verən münaqişə zamanı öldürülüb.