Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-20,
Seanews
Heyder Eliyev

Baham adalarında unikal sualtı ekspedisiya başlayır

"Blackbeard" və "Calico Jack" kimi əfsanəvi quldurların sığınacağı Baham adalarında unikal sualtı ekspedisiya başlayır.

Oxu.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Qeyd olunur ki, batmış quldur gəmilərini və xəzinələri axtarmaq üçün tarixdə ilk dəfə arxeoloqlara Nassau bölgəsində dəniz dibində tədqiqat aparmağa rəsmi icazə verilib.

Layihəyə britaniyalı dəniz arxeoloqu Şon Kinqsli rəhbərlik edir. Onun sözlərinə görə, 17-ci əsrdən indiyədək sahillərində 500-dən çox gəminin qəzaya uğradığı qeydə alınan adanın dibini indiyə qədər heç kim xüsusi olaraq tədqiq etməyib. 

Ekspedisiya sentyabrda başlayacaq və sənədli filmin çəkilişləri ilə müşayiət olunacaq. Təşkilatçılar təkcə qızıl deyil, həm də qiymətli tarixi artefaktlar - tütün boruları və qab-qacaqlardan tutmuş quldur silahlarına qədər tapmağa ümid edirlər. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır