













Ukrayna akrobatik gimnastika komandası üçün “Suraxanı” gəmi-muzeyinə ekskursiya təşkil edilib
Bakıda keçirilmiş akrobatika gimnastikası üzrə Dünya Kubokunda iştirak etmiş Ukrayna milli komandası üçün “Suraxanı” gəmi-muzeyinə xüsusi ekskursiya təşkil olunub.
Nümayəndə heyəti bələdçilərin, eləcə də ukrayna dilində təqdim olunan audio-bələdçinin köməyi ilə muzeyin ekspozisiya zallarını gəzib. Onlar Azərbaycanın zəngin dənizçilik ənənələri və Xəzər hövzəsində fəaliyyət göstərən ən qədim gəmiçilik şirkəti olan ASCO-nun tarixi və fəaliyyəti barədə ətraflı məlumatla tanış olublar.
Ekskursiyanın sonunda ukraynalı gimnastlar qonaqpərvərliyə görə muzeyin kollektivinə minnətdarlıqlarını bildiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır