Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-25,
Seanews
Heyder Eliyev

PhotoStock-un Dənizçi Günü FOTOREPORTAJI

Hər il iyunun 25-də dünyada Beynəlxalq Dənizçilər Günü kimi qeyd olunur.

"Seanews.az" PhotoStock.az-a istinadən xəbər verir ki, Beynəlxalq Dənizçilər Günü 2010-cu ildə BMT-nin tərkibinə daxil olan Beynəlxalq Dəniz Təşkilatının nümayəndələri tərəfindən təsis edilib.

Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə Azərbaycanda "Dənizçi Günü" peşə bayramı təsis olunub. Hazırda dünyada yüklərin təqribən 90 faizi dəniz yolu ilə daşınır. Dünya sularında üzən gəmilər vasitəsilə gün ərzində müxtəlif təyinatlı məhsullar daşınır. Dəniz vasitəsilə həyata keçirilən ticarət qlobal iqtisadiyyata da öz töhfəsini verir. Azərbaycanın sürətli inkişafında dənizçilərin xüsusi əməyi var. Dənizçilər həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynayırlar. Həmçinin Xəzərdənkənar sularda Azərbaycan bayrağı ilə üzən dənizçilərimiz daim ölkəmizi qürurla təmsil edir, Azərbaycanın və dünya iqtisadiyyatının inkişafında rol oynayırlar.

PhotoStock.az-ın hazırladığı fotoreportajı təqdim edirik:

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır