Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-08,
Seanews
Heyder Eliyev

"CMA CGM" 4 milyon TEU-luq əməliyyat gücünə çatıb

Fransanın "CMA CGM" şirkəti ötən həftə 4 milyon TEU-luq əməliyyat gücünə çataraq, "MSC" (6,7 milyon TEU) və "Maersk"-dən (4,6 milyon TEU) sonra dünyanın üçüncü ən böyük konteyner daşıyıcısı kimi mövqeyini möhkəmləndirib.

"Seanews.az" xəbər verir ki, "Saade" ailəsinin sahibi olduğu "CMA CGM" 2009-cu ilin iyununda ilk milyon TEU-luq əməliyyat gücünə çatıb. 2016-cı ildə 2 milyon TEU və 2021-ci ildə 3 milyon TEU həcmində potensiala sahib olaraq, son 16 ildə ümumi gücünü 4 dəfə artırıb.

Marsel mərkəzli şirkət hazırda 683 konteyner gəmisindən ibarət nəhəng qlobal donanmaya malikdir.

Bundan əlavə, "CMA CGM"-in 95 konteyner gəmisindən ibarət sifariş kitabçası var. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır