Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-09,
Seanews
Heyder Eliyev

Gəmiçilik şirkəti “Brut.” rəqəmsal media platformasını tamamilə almaq üçün danışıqlara başlayıb

Fransanın nəhəng nəqliyyat və logistika qrupu “CMA CGM”  qrupun media törəmə şirkəti “CMA Media” vasitəsilə “Brut.” adlı rəqəmsal media platformasını tamamilə almaq üçün danışıqlara başlayıb.

“Seanews.az” xəbər verir ki, “CMA CGM” -in İdarə Heyətinin sədri və baş direktoru Rodolf Saade bildirib.

“TikTok”, “Instagram” və “YouTube” kimi platformalarda tanınan “Brut.”  xüsusilə gənc auditoriya üçün hazırladığı məzmunlarla son illərdə sürətlə böyüyüb. Hazırda şirkət 100-dən çox ölkədə ayda 500 milyondan çox istifadəçiyə çatır və Avropanın ən mühüm sosial mediayönümlü xəbər platformalarından biri hesab olunur.

Qeyd edək ki, “CMA Media” artıq iki ildir, “Brut.”-da kiçik sahibidir. Yeni plan çərçivəsində şirkət “Brut.”-un redaksiya müstəqilliyini və hazırkı rəhbərliyini qoruyaraq, platformanın bütün səhm paketini ələ keçirməyi hədəfləyir.

Rodolf Saade bu addımı “CMA Media”-nın rəqəmsal transformasiya strategiyasının bir hissəsi kimi dəyərləndirərək bildirib: “Bu əməkdaşlıq informasiyanın yaradılması və istehlak edilməsi formalarını dəyişdirən yeni format və istifadələr üzrə inkişafımızı sürətləndirəcək. Məqsədimiz güclü, müasir və gələcəyə hazır bir media qrupu yaratmaqdır.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır