Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-16,
Seanews
Heyder Eliyev

Keçən il konteyner gəmilərinin emissiyaları gözləniləndən təxminən 45% yüksək olub - SƏBƏB

2024-cü ildə Avropa İttifaqında konteyner daşıma sektorundan yaranan karbon emissiyaları əvvəlki illərlə müqayisədə 45% daha yüksək olub.

"Seanews.az" xəbər verir ki, bu barədə Danimarka mənşəli tədqiqat və analitik təşkilat "Sea-Intelligence" məlumat yayıb.

Təşkilatın “Sunday Spotlight” bülleteninin 723-cü buraxılışında vurğulanır ki, bu artım əsasən Qırmızı dənizdə davam edən böhran və gəmilərin Afrika qitəsinin cənubundan keçməklə marşrut dəyişiklikləri etməsi ilə bağlıdır. Nəticədə, son illərdə konteyner daşımalarının karbon izi ilə bağlı əldə olunmuş irəliləyişlərdə ciddi geriləmə baş verib.

"Sea-Intelligence" bildirir ki, 2018–2023-cü illər ərzində konteyner gəmiləri ilbəil, orta hesabla -4.4% ilə karbon emissiyalarını azaldıb. Bu azalma konteyner dövriyyəsində artım olmasına baxmayaraq, davamlı şəkildə müşahidə olunub. Lakin 2024-cü ildə vəziyyət tam dəyişib: əgər böhran baş verməsəydi və eyni templə azalma davam etsəydi, konteyner daşımaları üzrə ümumi CO₂ emissiyaları 34.7 milyon ton olmalı idi. Amma faktiki göstərici 52.7 milyon ton olub.

"Sea-Intelligence"-in baş direktoru Alan Mörfinin sözlərinə görə, bu, 18 milyon ton əlavə CO₂ emissiyası deməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır