Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-18,
Seanews
Heyder Eliyev

Baltik quru yük indeksi son doqquz ayın maksimum həddinə çatıb

Baltik Dəniz Birjasının əsas dəniz yükdaşıma indeksi iyulun 18-də “Capesize” tipli gəmilərin fraxt dərəcələrindəki kəskin artım fonunda son doqquz ayın ən yüksək səviyyəsinə qalxıb.

“Seanews.az” xəbər verir ki, əsas indeks 124 bənd və ya 6,5 faiz artaraq 2.030 bəndə yüksəlib. Bu, 30 sentyabr 2024-cü ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

“Capesize” indeksi isə 379 bənd və ya 14,4 faiz artaraq 3.021 bəndə çatıb və son bir ayın maksimumuna yüksəlib. Bu kateqoriyadan olan gəmilər üçün gündəlik orta gəlir 3.147 ABŞ dolları artaraq 25.055 dollara çatıb.

Digər gəmi kateqoriyalarında isə fərqli dinamika müşahidə olunub. “Panamax” indeksi 34 bənd və ya 1,7 faiz azalaraq 1.933 bəndə düşüb. Gündəlik orta gəlir 301 dollar azalaraq 17.399 dollar təşkil edib. “Supramax” indeksində isə 20 bənd və ya 1,5 faiz artım qeydə alınıb və göstərici 1.335 bəndə çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır