

"Zara" brendinin qurucusu Britaniyada liman biznesinə daxil olub
"Zara" brendinin yaradıcısı, ispan milyarderi Amancio Ortega ilk dəfə dəniz nəqliyyatı infrastrukturu sahəsinə sərmayə qoyub.
"Seanews.az" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat verib.
Nəşrin yazdığına görə, Orteganın investisiya şirkəti olan "Pontegadea" Böyük Britaniyanın “PD Ports” liman operatorunun 49 faizini əldə edib.
Bu saziş nəticəsində "Pontegadea" "PD Ports"-un əsas səhmdarı olaraq qalan “Brookfield Asset Management” şirkəti ilə ortaq olur.
"PD Ports" Böyük Britaniyada 11 əsas liman sahəsinə nəzarət edir. Bu səbəbdən təxminən 2 milyard funt sterlinq (2.7 milyard ABŞ dolları) dəyərində qiymətləndirilən sözügedən sövdələşmə "Pontegadea" üçün əhəmiyyətli diversifikasiya addımı sayılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır