Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-10,
Seanews
Heyder Eliyev

Konteyner daşımalarında mənfəət xeyli azalıb

2025-ci ilin ikinci rübündə qlobal konteyner daşımalarından əldə olunan mənfəət 56 faiz azalaraq cəmi 4,4 milyard ABŞ dolları təşkil edib.

"Seanews.az" xəbər verir ki, bu göstərici birinci rübdə qeydə alınmış 9,9 milyard dollardan, həmçinin ötən ilin eyni dövründə əldə olunan 12 milyard dollardan xeyli aşağıdır.

Dəniz daşımaları üzrə analitik Con MakKaunun sözlərinə görə, ABŞ-nin tətbiq etdiyi tariflər sənayeyə ciddi təsir göstərib və əvvəlki 5 milyard dollarlıq proqnoz “həddindən artıq optimist” olub. MakKaun vurğulayıb ki, ABŞ istiqamətində daşımalar qlobal konteyner daşımalarının təqribən üçdə birini təşkil edir və bu marşrutlarda kəskin azalma müşahidə olunur.

Statistikaya əsasən, iyulda başa çatan üç ay ərzində ABŞ-yə idxal olunan konteynerlərin həcmi 3,6 faiz azalıb. Milli Pərakəndə Satış Federasiyası 2025-ci ildə ötən illə müqayisədə 5,6 faiz daha böyük enmə gözlədiyini açıqlayıb. 

Sektor əvvəlki illərdə böhranlardan böyük mənfəət əldə edib: pandemiya dövründə təqribən 400 milyard, Qırmızı dəniz böhranı zamanı isə 50 milyard dollar gəlir qeydə alınıb. Lakin hazırkı təzyiqlər daha davamlı xarakter daşıyır.

MakKaun üçüncü rübdə mənfəətin 1,9–2,5 milyard dollar arasında olacağını proqnozlaşdırır. Bu, 2024-cü ilin eyni dövründə əldə edilən 26,4 milyard dollardan dəfələrlə azdır. 

Bütün risklərə baxmayaraq, daşıyıcı şirkətlər yeni gəmilərə investisiya yatırmağa davam edir. Çoxsaylı sifarişlər tariflərdən əvvəl verilsə də, zəifləyən tələbat şəraitində rentabelliyi sınağa çəkə bilər.

MakKaun yekunda bildirib: “Növbəti il konteyner daşımaları sənayesi üçün ən ciddi dövrlərdən biri olacaq və bu proses həm ABŞ, həm də qlobal iqtisadiyyat üçün mühüm rol oynayacaq.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır