Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-17,
Seanews
Heyder Eliyev

"Lloyd’s Register" bioyanacaq üzrə məsləhət xidmətinə start verib

Gəmiçilikdə sürətlə inkişaf edən alternativ yanacaq növlərindən biri olan bioyanacaq üzrə yeni xidmət London Beynəlxalq Gəmiçilik Həftəsində (LISW) təqdim olunub.

"Seanews.az" xəbər verir ki, "Lloyd’s Register" (LR) tərəfindən istifadəyə verilən "Biofuel Advisory" xidməti gəmiçilik şirkətlərinə bioyanacaqların bütün təchizat zənciri üzrə (istehsaldan və sertifikatlaşdırmadan başlayaraq çatdırılma və gəmilərdə istifadəyədək) bütün mərhələlərdə dəstək göstərməyi hədəfləyir.

"Lloyd’s Register Advisory"-nin direktoru Ceyms Fru bildirib: “Bioyanacaqlar dərhal tətbiq edilə bilən praktik həll yoludur, lakin gəmi sahibləri performans, təhlükəsizlik və uyğunluq məsələlərində əminlik əldə etməlidirlər. Yeni "Biofuel Advisory" xidməti texniki bilik və tənzimləyici baxışları birləşdirərək bioyanacağın təchizatı və tətbiqi prosesinin hər mərhələsində sənayeyə aydınlıq və inam gətirəcək.”

Yeni təşəbbüs LR-in enerji keçidi üzrə məsləhətçilik fəaliyyətini onun uzunmüddətli "Fuel Oil Bunker Analysis" and "Advisory Service" (FOBAS) xidmətinin texniki təcrübəsi ilə birləşdirir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır