Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-18,
Seanews
Heyder Eliyev

Yunanıstanda dalğıclar batmış "Britannik" gəmisindən qiymətli əşyalar çıxarıblar

Yunanıstanda dalğıclar 1916-cı ildə batan və "Titanik"in "əkizi" adlandırılan "Britannik" (HMHS Britannic) gəmisindən zınqırov, siqnal lampası, keramik plitələr və durbin də daxil olmaqla müxtəlif əşyalar çıxarıblar.

Oxu.az xəbər verir ki, bu barədə məlumatı Yunanıstan Mədəniyyət Nazirliyi "Facebook" sosial şəbəkəsindəki rəsmi hesabında yayıb.

"Tapılan əşyalar arasında gəminin müşahidə zınqırovu, siqnal lampası, birinci və ikinci dərəcəli portativ avadanlıqlardan müxtəlif əşyalar, hamam üçün keramik plitələr və bir cüt durbin xüsusi maraq doğurur", - məlumatda bildirilib.

Xatırladaq ki, "Britannik" gəmisi 16 noyabr 1916-cı ildə Birinci Dünya Müharibəsi zamanı hospital gəmisinə çevrilmişdi. Kea adası yaxınlığında alman minasına düşərək partladıqdan sonra gəmi bir saatdan az müddətdə batıb. Göyərtədə olan 1 065 nəfərdən 30-u həlak olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır