Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-06,
Seanews
Heyder Eliyev

Bu gün Dünya Dənizçilik Günüdür

Bu gün dünyada Dənizçilik Günü qeyd olunur.

"Seanews.az" xəbər verir ki, Beynəlxalq Dənizçilik Təşkilatının (IMO) təşəbbüsü ilə bu il günün mövzusu “Dənizimiz, Öhdəliyimiz, İmkanımız” olaraq müəyyən edilib. Mövzu dənizin qlobal iqtisadiyyatda, iqlim tənzimlənməsində və milyonlarla insanın gündəlik həyatında oynadığı mühüm rolu vurğulayır. 

IMO-nun Baş katibi Arsenio Dominges qeyd edib ki, gəmiçilik sektoru dəniz mühitinin qorunması və okean resurslarının dayanıqlı istifadəsində əsas məsuliyyət daşıyır. Onun sözlərinə görə, 2025-ci il həm də BMT-nin Okean Konfransı və dəniz bioloji müxtəlifliyinin qorunmasına dair yeni beynəlxalq razılaşmalarla üst-üstə düşür.

Əlamətdar gün çərçivəsində bir çox ölkələrdə abidələr və inzibati binalar mavi işıqla işıqlandırılacaq, sosial şəbəkələrdə isə #WorldMaritimeDay həştəqi altında məlumatlandırıcı paylaşımlar ediləcək.

Dünya Dənizçilik Gününə həsr olunmuş paralel tədbir isə 29 sentyabrdan 1 oktyabra qədər Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır