500 il sonra tapılan gəmidən 500 milyonluq xəzinə çıxdı
Beş əsr boyunca qumların altında itib-batan Portuqaliya gəmisinin hekayəsi tarixə damğa vurdu. Namibiya sahillərində aşkar edilən XVI əsrə aid “The Bom Jesus” adlı gəmi 500 ildən sonra yenidən gün üzünə çıxdı. Onun içərisindən çıxan xəzinə isə mütəxəssisləri belə heyrətə saldı.
Gəmi necə tapıldı?
"Seanews.az" xəbər verir ki, 2008-ci ildə Namibiya sahillərində almaz axtaran mədənçilər tamamilə təsadüfən tarixin ən böyük dənizçilik kəşflərindən birinə imza atıblar. Qum təbəqələri altından çıxarılan gəmi qalıqları əsrlər boyu itkin sayılan “The Bom Jesus” gəmisinə məxsus olub. Araşdırmalara əsasən, gəmi Lissabondan Hindistana səfər edərkən güclü fırtına nəticəsində qayalara çırpılaraq batıb.
10 milyon funt sterlinq dəyərində xəzinə
Dağıntının içindən təxminən 10 milyon funt sterlinq dəyərində xəzinə aşkarlanıb. Sandıqlardan minlərlə qızıl sikkə, təxminən 2 min ədəd mis külçə və 100-dən artıq fil dişi tapılıb.
Tarixin ən dəyərli gəmi qalıqlarından biri
Mütəxəssislər bu tapıntını indiyə qədər aşkarlanmış ən dəyərli gəmi batığı kimi qiymətləndirirlər. Qalıqlar arasında astronomik cihazlar, naviqasiya alətləri, çoxlu sayda qılınc, tüfəng və toplar da aşkar edilib.

