Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-06,
Seanews
Heyder Eliyev

Misirli atlet 700 tonluq gəmini dişləri ilə çəkərək Ginnesin "Rekordlar" kitabına düşüb - VİDEO

Misirli ağırlıqqaldıran və pauerliftinq üzrə dünya çempionu Əşrəf Məhəmməd 700 tonluq gəmini dişləri ilə çəkərək Ginnesin "Rekordlar" kitabına düşüb.

"Report" bu barədə "Al Khaleej" qəzetinə istinadən xəbər verir.

Qəzetin yazdığına görə, idmançı Misirin Hurqad şəhərindəki çimərlikdə gəmini müvəffəqiyyətlə yedəkləyib.

Rekord üçün yer seçimi təsadüfi deyildi: Məhəmməd şəxsən Hurqadada israr edirdi, ümid edirdi ki, onun nailiyyəti kurort bölgəsinə əlavə turistlər cəlb edəcək.

İdmançı çəkisi 600 tondan çox olan gəmini dişləri ilə suda 16 metrdən çox çəkən ukraynalı idmançı Oleh Skavışın əvvəlki rekordunu üstələyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır