Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-06,
Seanews
Heyder Eliyev

"Princess Cruises" donanmasına 4 300 sərnişinlik yeni kruiz gəmisi əlavə edib

“Princess Cruises” şirkəti sentyabrın 26-da İtaliyanın Monfalcone şəhərində yerləşən “Fincantieri” gəmiqayırma zavodunda keçirilən rəsmi mərasimlə özünün ən yeni kruiz gəmisini – “Star Princess”-i təhvil alıb.

"Seanews.az" xəbər verir ki, bu, şirkətin 2019-cu ildə “Fincantieri”-yə sifariş etdiyi iki gəmidən ikincisidir. Seriyanın ilk gəmisi – “Sun Princess” 2024-cü ildə təhvil verilmişdi.

Yeni gəmi ümumilikdə 4 300 sərnişini qəbul edə bilir.

Gəmidə 30-dan çox bar və restoran, üç geniş yemək zalı, teatr, kazino, spa mərkəzi və butik ticarət mağazaları fəaliyyət göstərəcək.

“Star Princess” yaxın günlərdə Monfalconedən yola çıxaraq Barselonaya istiqamət alacaq. Gəminin ilk səfəri – 11 günlük Qərbi Aralıq dənizi kruizi oktyabrın 4-də başlayacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır