Baltik dənizindən 1994-cü ildə batmış gəminin qalığı tapılıb
Baltik dənizində beynəlxalq tədqiqat qrupu 1994-cü ildə batmış “Estoniya” bərəsinin burnunun bir hissəsini dənizin dibindən çıxarıb.
“Tehsil365” xəbər verir ki, çıxarılan hissə Estoniyanın Paldiski limanına göndəriləcək və onun tədqiqi 852 nəfərin həyatına son qoyan fəlakətin dəqiq səbəblərini araşdırmağa kömək edə bilər.
Su altında iş üçün dalğıc robotlarından istifadə olunub. Bərənin qalıqları təxminən 80 metr dərinlikdə yerləşir.
Qeyd edək ki, “Estoniya” bərəsinin batması 1912-ci ildə “Titanik” faciəsindən sonra sülh dövründə Avropada baş verən ən böyük dəniz fəlakəti hesab olunur. Gəmi Estoniya və İsveç arasında müntəzəm səfərlər həyata keçirirdi. 1994-cü il sentyabrın 28-də baş vermiş fəlakət zamanı göyərtədəki 989 nəfərdən yalnız 137 nəfər sağ qalmışdı.

