Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-06,
Seanews
Heyder Eliyev

BYD səkkinizinci RoRo gəmisini istifadəyə verib

Çinin avtomobil nəhəngi BYD səkkiz gəmidən ibarət nəhəng Ro-Ro (Roll-on/Roll-off) donanmasını formalaşdıraraq, illik 1 milyon avtomobildən artıq daşıma gücünə çatıb. Donanmaya daxil olan son gəmi "BYD Jinan" ötən həftə istismara verilib.

"Seanews.az" xəbər verir ki, şirkət donanmanı iki ildən az müddətdə formalaşdırıb. İlk gəmi "BYD Explorer No.1" 2024-cü ilin yanvarında istifadəyə verilmişdi.

Bütün gəmilər RoRo tipindədir, yəni avtomobillər konteynerə ehtiyac olmadan birbaşa gəminin bortuna minə və enə bilir.

BYD-nin gəmiləri modelindən asılı olaraq 7.200 və ya 9.000 avtomobil daşımaq gücünə malikdir.

Yeni istismara verilən "BYD Jinan" istisna olmaqla, donanmadakı digər yeddi gəmi artıq BYD avtomobillərini dünyanın müxtəlif ölkələrinə daşıyır.

Şirkət 2025-ci ilin ilk doqquz ayında xarici bazarlarda 697.072 ədəd avtomobil satıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır