Dünyada ilk: Dəniz sınaqları zamanı gəmidən-gəmiyə LNG köçürülməsi həyata keçirilib
Cənubi Koreyanın "Hanwha Ocean" gəmiqayırma şirkəti dəniz sınaqları zamanı iki gəmi arasında mayeləşdirilmiş təbii qazın (LNG) gəmidən-gəmiyə (STS) köçürülməsini uğurla həyata keçirərək bu sahədə dünyada ilkə imza atıb.
"Seanews.az" xəbər verir ki, tarixi əhəmiyyət daşıyan əməliyyat yeni inşa olunan "Maran Gas Syros" və "Woodside Jirrubakura" gəmiləri arasında baş tutub.
Şirkətin məlumatına görə, Geoje adası yaxınlığında həyata keçirilən proses tam təhlükəsizlik şəraitdə tamamlanıb.
“Bu əməliyyat təmiz enerji gəmiçiliyi dövrünün yeni mərhələsinə tam hazır olduğumuzu sübut edir,” – "Hanwha Ocean"-ın bəyanatında vurğulanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

