ADPU tələbələri “Suraxanı” gəmi-muzeyində olublar
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) Kimya və biologiya fakültə təşkilatının təşkilatçılığı ilə tələbələrin “Suraxanı” gəmi-muzeyinə ekskursiyası təşkil olunub.
Ekskursiyanın məqsədi tələbələrə dənizçilik və gəmiçiliyin tarixi haqqında məlumat vermək, həmçinin onların asudə vaxtlarının səmərəli və maraqlı şəkildə təşkilinə şərait yaratmaq olub.
Tələbələr muzeydə nümayiş edilən eksponatlarla tanış olub, Azərbaycanın dənizçilik irsi barədə ətraflı məlumat əldə ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

