Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşları dövlət qurumları arasında keçirilən bilyard yarışında üçüncü yeri tutublar

Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında keçirilən bilyard yarışına yekun vurulub.

Yarışda ASCO-nu Pərvin Musayev və Emin Əliyev təmsil edib. Oyunun nəticəsinə görə, onlar üçüncü yerdə qərarlaşıblar.

Qeyd edək ki, idman tədbiri Heydər Əliyev adına İdman-Konsert Kompleksində peşəkar hakimlərin idarəçiliyi ilə baş tutub. Mübarizədə 14 dövlət qurumundan 26 nəfər iştirak edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır