Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşları arasında keçirilən V spartakiada uğurla başa çatıb

ASCO əməkdaşları arasında keçirilən V spartakiadaya yekun vurulub.

22–24 oktyabr tarixlərini əhatə edən yarışlar 7 idman növü üzrə təşkil olunub və gərgin idman mübarizəsi şəraitində keçib.

Əsas rəqabət Xəzər Dəniz Neft Donanması (XDND), Bibiheybət Gəmi Təmiri Zavodu (BGTZ) və Zığ Gəmi Təmiri və Tikintisi Zavodunun (ZGTTZ) komandaları arasında gedib.

Dəniz Nəqliyyatı Donanmasının (DND) bilyard yarışında birincilik əldə etməsinə baxmayaraq, komanda ümumi mükafatçılar sırasına daxil ola bilməyib.

Yekun nəticələrə əsasən, ZGTTZ komandası 76 xal toplayaraq ümumi hesabda birinci yerə layiq görülüb. BGTZ 65 xalla ikinci yeri, XDND isə 50 xalla üçüncü yeri tutub.

Digər iştirakçı komandalar arasında DND 44 xalla, ASCO (aparat) 32 xalla, İXİ 12 xalla, “ASCO Nəqliyyat” MMC isə 10 xalla spartakiadanı tamamlayıb.

ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə baş tutan yarışların əsas məqasədi əməkdaşlar arasında sağlam həyat tərzinin təşviqi və kollektiv ruhunun gücləndirilməsindən ibarətdir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır