Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

Dənizçi qazi illər əvvəl cəbhədə aldığı məktubun müəllifi ilə görüşüb

44 günlük Vətən müharibəsi dövründə məktəblilər ön cəbhədə döyüşən əsgərlərə dəstək məqsədilə saysız-hesabsız məktublar göndərirdilər. Həmin məktublardan biri də 2020-ci ilin oktyabrında 6 saylı məktəb-liseyin o zaman 2-ci sinif şagirdi olan İsa Bəşirov tərəfindən yazılmışdı.

O dövrdə Suqovuşan istiqamətində döyüşən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) əməkdaşı Araz İslamov həmin məktubu alan hərbçilərdən biri olub. Kiçik İsa məktubunda əsgərlərə minnətdarlığını bildirərək “Bayrağımızı Qarabağda sancasınız” arzusu ilə Vətən sevgisini ifadə etmişdi.

Beş il sonra məktəbdə Zəfər Gününə həsr olunmuş tədbir zamanı həmin məktubun müəllifi üçün xüsusi sürpriz hazırlanıb. Məktubu illər əvvəl döyüş bölgəsində almış Araz İslamov səhnəyə dəvət olunaraq İsa ilə görüşüb. Görüş zamanı məktubun məzmunu oxunub, o illərin unudulmaz hissləri bir daha yada salınıb.

Araz İslamov bildirib ki, 44 günlük Vətən müharibəsində döyüşən hər bir əsgər üçün bu cür məktublar böyük mənəvi dəstək idi: “O məktublar cəbhədə bizə güc, motivasiya və Vətən sevgisinin uşaq qəlbində necə böyük olduğunu göstərirdi. Bu gün həmin məktubun müəllifini canlı görmək mənim üçün çox dəyərlidir.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır