Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

Xətti gəmiçilik şirkətləri dekarbonizasiya göstəricilərində geriləyib

“Birbaşa” (scope 1) və “dolayı” (scope 3) emissiyalar üzrə aparılan yeni tədqiqat konteyner daşıma şirkətlərinin əksəriyyətinin zəif nəticə göstərdiyini, Cənubi Koreya şirkətlərinin isə yaşıl investisiyalarla bağlı məlumat açıqlamadığını üzə çıxarıb.

"Seanews.az" xəbər verir ki, tədqiqatın müəllifi Cənubi Koreyada fəaliyyət göstərən "Solutions For Our Climate" (SFOC)  ekoloji təşəbbüs qrupudur. 

Araşdırmaya görə, konteyner daşımalarında ən yüksək nəticə yunan sahibkar “Danaos” şirkətinə məxsus olub. O, ümumi 100 şirkət arasında ikinci yeri tutub.

SFOC qeyd edir ki, 2020-ci ilə qədər gəmiçilik sektorunda əsas rəqabət üstünlüyü maya dəyəri ilə ölçülürdüsə, ətraf mühitə təsirə dair yeni tənzimləmələrdən sonra emissiyaların azaldılması bazarda üstünlük qazanmaq üçün əsas bacarıq sahəsinə çevrilib.

Adətən gəmiçilik şirkətləri “scope 1” emissiyalarına, yəni öz əməliyyatlarından qaynaqlanan çirklənməyə diqqət yetirir. Lakin konteyner daşıyıcıları eyni zamanda müştəriləri adından yaranan “scope 3” emissiyalarını da azaltmaq istiqamətində rəqabət aparırlar, çünki onların müştəriləri arasında böyük pərakəndə ticarət brendləri yer alır.

Tədqiqat nəticələrinə görə, ən yüksək ümumi göstərici Malayziyanın qaz tanker operatoru "MISC" şirkətinə məxsus olub — 85,51 bal. "Evergreen" və "Seaspan" şirkətləri də ilk onluğa daxil olublar (80 baldan yuxarı nəticə ilə). "Hapag-Lloyd" və "Costamare" isə 20 ən yaxşı şirkət arasında yer alan yeganə digər konteyner operatorları olub. Ümumilikdə ilk altı şirkətdən üçü qaz tanker operatorlarıdır.

"Cosco" və "Wan Hai" kimi böyük Asiya şirkətləri ən zəif 50 operator arasında yer alıb. "HMM" və "Maersk" şirkətləri isə cüzi fərqlə müvafiq olaraq 39-cu və 40-cı yerləri tuta biliblər.

Hesabat əsasən, Cənubi Koreya gəmiçilik sektoruna fokuslansa da, müəlliflər bildirir ki, nəticələr bütün beynəlxalq gəmiçilik bazarlarına şamil oluna bilər.

Tədqiqatçılar xəbərdarlıq edir ki, fosil yanacaqlardan istifadənin qısamüddətli iqtisadi faydaları mövcud olsa da, gecikmiş keçid səbəbindən artan vergi, satınalma və istismar xərcləri uzunmüddətli mənfəəti aradan qaldıracaq.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır