Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

Maldivdə “uçan” elektrikli sərnişin gəmiləri fəaliyyət göstərəcək - VİDEO

İlk “uçan” elektrikli sərnişin gəmiləri "Candela P-12" 2026-cı ildən etibarən Maldiv adalarında turizm daşımalarında istifadə olunacaq.

"Seanews.az" xəbər verir ki, yeni texnologiyalı bu gəmilər səs-küylü və yanacaq qoxulu sürət qayıqlarının yerini alaraq sıfır emissiya və səssiz nəqliyyat imkanı yaradacaq.

Maldivli operator Ego Shuttle İsveç istehsalı olan 10 ədəd "Candela P-12" gəmisini öz donanmasına daxil edib.

Kompüterlə idarə olunan iki hidrofoil vasitəsilə gövdəsini suyun təxminən 1,5 metr üzərinə qaldıran bu innovativ gəmi su müqavimətini xeyli azaldır və enerji sərfiyyatını 80% aşağı salır. 

"Ego Shuttle" şirkətinin baş direktoru Şabir Valci bildirib ki, “Candela P-12" dəniz nəqliyyatında əsl inqilabdır. Bu həm ekoloji baxımdan, həm də performans baxımından üstün həll yoludur.

Suyun üzərində səssiz şəkildə irəliləyən "P-12" demək olar ki, heç dalğa yaratmır və “uçuş” zamanı tam sakit, hamar bir hərəkət təmin edir. Bu xüsusiyyət təkcə ətraf mühitin qorunmasına deyil, həm də turistlərin rahatlığına ciddi töhfə verir.

Gəmi təyyarələrdəki “fly-by-wire” sisteminə bənzər uçuş idarəetmə kompüteri ilə təchiz edilib. Bu sistem hidrofoillərin bucağını real vaxtda tənzimləyərək yolculuğun sabitliyini qoruyur. Mühəndislər bu mexanizmi “dəniz tutmasına qarşı rəqəmsal həblə” müqayisə edirlər.

Gəmilərdə həmçinin Wi-Fi, əyləncə ekranları, uşaq arabası və təkərli kürsü üçün giriş imkanı, eləcə də şarj bölmələri olacaq.

Candela "P-12" hazırda Stokholm ictimai nəqliyyat sistemində də istifadə edilir və səfər müddətlərini yarıya endirməsi ilə böyük rəğbət qazanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır