"Francis Scott Key" körpüsünün bərpası üçün tələb olunan xərc iki dəfədən çox artıb - SƏBƏB
“Dali” gəmisi ilə toqquşma nəticəsində dağılan "Francis Scott Key" körpüsünün yenidən qurulması 2030-cu ilə qədər çəkəcək.
"Seanews.az" xəbər verir ki, bu barədə Merilend Nəqliyyat İdarəsindən bildirilib.
İdarə körpünün bərpası üçün tələb olunan məbləğin əvvəlki 1,9 milyard dollarlıq proqnozdan 4,3–5,2 milyard dollar aralığına yüksəldiyini açıqlayıb.
Məlumata görə, layihənin uzanması və xərclərin kəskin artması əsasən materialların qiymətindəki böyük bahalaşma və yeni körpünün dayaq hissələrini gələcək gəmi toqquşmalarından qorumaq üçün nəzərdə tutulan gücləndirilmiş müdafiə sistemləri ilə bağlıdır.
Merilendin icraçı nəqliyyat katibi və MDTA sədri Samantha J. Biddle bildirib: “Layihəndirilmə rəlilədikcə və tikintiyədək işlər davam etdikcə aydın oldu ki, faciədən cəmi iki həftə sonra hazırlanmış ilkin hesablamalarla müqayisədə bütün materialların qiyməti ciddi şəkildə artıb. Yenilənmiş xərc aralığı və cədvəl birbaşa bu bahalaşma və yeni Key körpüsünün dayaq sütunlarını gələcək gəmi zərbələrindən qoruyacaq gücləndirilmiş müdafiə sistemi ilə bağlıdır.”
Xərclərin artması xəbəri, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) “Dali” gəmisinin 2024-cü ilin martında körpünü uçurmasına səbəb olmuş hadisənin mümkün səbəbləri ilə bağlı ictimai iclas keçirməsinə bir gün qalmış açıqlanıb.
Məsələ ilə bağlı uzunmüddətli məhkəmə prosesləri gözlənilir.

