Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-21,
Seanews
Heyder Eliyev

"COSCO" köhnə tankerini bazar qiymətindən xeyli aşağı məbləğə satıb

Çin şirkəti "COSCO" Yaponiyada inşa edilmiş və skrabberlə təchiz olunmuş “Cosgrand Lake” adlı VLCC tankerini (daşıma qabiliyyəti 299 min dwt, tikilib 2006-cı il) bazar qiymətindən xeyli aşağı məbləğə satıb.

"Seanews.az" xəbər verir ki, bu barədə brokker mənbələri bildirib.

Məlumata görə, 19 yaşlı tanker naməlum alıcıya 35 milyon dollara satılıb ki, bu da "VesselsValue" platformasının müəyyən etdiyi 40,67 milyon dollarlıq bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağıdır.

Brokkerlərdən biri sövdəni “ucuz, amma gözlənilən” kimi qiymətləndirib və qeyd edib ki, "COSCO"-nun çox sərt “KYC” (müştərini tanı) prosedurları potensial alıcıların dairəsini ciddi şəkildə məhdudlaşdırır.

Son oxşar VLCC sövdələşməsi bu ilin sentyabrında qeydə alınıb. Həmin vaxt bir il daha yaşlı, Koreyada inşa edilmiş “Dalma” tankeri (307 min dwt, tikilib 2007) 48 milyon dollara əl dəyişdirmişdi.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır