"Capesize" bazarında qiymətlər yüksəlir
“Capesize” seqmentində qiymət artımı sürətlənib və hətta 15 yaşlı gəmilər də 30 milyon dollardan yuxarı qiymətə alıcı tapa bilir.
"Seanews.az" bu barədə xarici mediaya istinadən xəbər verir.
Satış qeydləri və broker məlumatlarına əsasən, Yaponiya istehsalı olan 181.400 dwt-lik "Seaunity" (2010) gəmisi 30,5–31 milyon dollar aralığında əl dəyişdirib. Alıcının kimliyi hələ açıqlanmayıb.
Eyni standartda olan son Yaponiya istehsalı "Capesize" gəmisi sentyabr ayında satılmışdı. Həmin vaxt, bir qədər kiçik – 178.600 dwt-lik "Leo Felicity" (2010, Mitsui Ichihara) Tokei Kaiun tərəfindən Çinli "Greenglobal Ship Management" şirkətinə 26,5 milyon dollara satılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

