"HD Hyundai" 5 000 gəmi tikintisi ilə dünya üzrə ilkə imza atıb
"HD Hyundai" 50 il ərzində 5 000-ci gəmisini təhvil verərək tarixdə ən yüksək istehsal göstəricisinə malik gəmiqayırma müəssisəsi adını qazanıb.
Seanews.az xəbər verir ki, şirkətin ümumi istehsalının böyük hissəsi "HD Hyundai"-nin əsas tersanəsi olan HHI-da reallaşdırılıb.
"HD Hyundai Mipo" və "HD Hyundai Samho" isə ümumi hasilatın yarısından bir qədər azını təşkil edir.
HD Hyundai-nin İdarə Heyətinin sədri Çunq Kisun açıqlamasında bildirib: “5 000 gəmidən ibarət bu nailiyyət Koreya gəmiqayırma sənayesinin qürurunu və qlobal dənizçilik paradiqmasını yenidən formalaşdıran cəsarətli təşəbbüslərin tarixini təcəssüm etdirir”.
Qeyd edək ki, 5 000-ci gəmi Filippin Donanması üçün inşa edilən və “Diego Silang” adı verilən patrul gəmisi olub. 4 500 dəniz mili məsafə qətetmə imkanına malik bu gəmi ada dövlətinin uzaq sularında patrul və müşahidə missiyalarında istifadə ediləcək.

