ASCO-nun struktur idarələri arasında stritbol turniri keçirilib
ASCO-nun strukturuna daxil olan idarələrin iştirakı ilə stritbol turniri təşkil edilib.
Gərgin mübarizə şəraitində baş tutan turnirin sonunda Xəzər Dəniz Neft Donanması birinci, Zığ Gəmi Təmiri və Tikintisi Zavodu ikinci, Bibiheybət Gəmi Təmiri Zavodu isə üçüncü yerdə qərarlaşıb.
Qalib komandalar mükafatlandırılıb.
ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə keçirilən yarışın əsas məqsədi əməkdaşların asudə vaxtlarının səmərəli və sağlam şəkildə təşkili, həmçinin kollektivlər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

