Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-24,
Seanews
Heyder Eliyev

Gəmiçilik sektorunda qadınların sayının artırılması üçün mədəniyyət dəyişikliyi zəruri sayılır

Dünyada qadın dənizçilərin payı cəmi 1,2 faizdir.

"Seanews.az" “Lloyd’s List”in məlumatına istinadən xəbər verir ki, sayın az olması səbəbindən qadınların yaşadığı çətinliklər çox vaxt görünməz qalır və bu, sektorda kadr çatışmazlığını daha da dərinləşdirir.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının qadınlar üzrə qlobal nümayəndəsi Lorena Pintor Silva bildirir ki, qadınların əsas problemləri şəxsi gigiyena şəraitinin olmaması və psixoloji təzyiqlərlə bağlıdır. O deyir ki, bəzi gəmilərdə qadınlara uyğun sanitar şərait təmin olunmadığı üçün onlar çox çətinliklərlə üzləşirlər.

Silvanın sözlərinə görə, gəmilərdə qadınlar üçün nəzərdə tutulmuş sanitar təchizatın olmaması onların özlərini narahat və təzyiq altında hiss etməsinə səbəb olur. Qadınların bu barədə danışmaqdan çəkinməsi isə ayrı-seçkiliyə məruz qalma qorxusu ilə bağlıdır.

Mütəxəssis hesab edir ki, problemin həlli üçün təkcə qaydalar kifayət deyil, şirkətlər real mədəniyyət dəyişikliyinə başlamalıdır. Onun fikrincə, rəhbər vəzifələrdə daha çox qadının olması bu məsələlərə daha həssas yanaşma yaradır və sektora yeni kadrların cəlbini asanlaşdırır.

Silva deyir ki, qadınlar üçün təhlükəsiz müraciət kanallarının yaradılması vacibdir və şirkətlər şikayətlərdən sonra real tədbir görməlidir.

Onun sözlərinə görə, gəmiçilikdə qadınların sayının artırılması üçün həm şirkətlər, həm də hökumətlər konkret öhdəliklər götürməli və tələblərə əməl etməyən qurumlara qarşı məsuliyyət tədbirləri tətbiq olunmalıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır