Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-26,
Seanews
Heyder Eliyev

Yeni konteyner limanları indeksi açıqlanıb

 Uzun illər “Dünyanın Aparıcı Dənizçilik Şəhərləri” indeksini hazırlayan "DNV" və "Menon Economics" ilk dəfə olaraq “Dünyanın Aparıcı Konteyner Limanları” (LCP) adlı yeni hesabat yayımlayıb.

“Seanews.az” xəbər verir ki, bu barədə beynəlxalq dənizçilik mediası məlumat yayıb.

Hesabata görə, Sinqapur dünyanın lider konteyner limanı seçilib. Siyahının ilk beşliyini Şanxay, Ninbo-Çjoşan, Rotterdam və Busan tamamlayır.

LCP indeksi 160 limanı 35 göstərici üzrə qiymətləndirir. Bu göstəricilər limanların əlaqəliliyi, məhsuldarlığı, dayanıqlılığı, müştəri dəyəri və ümumi təsirinə əsaslanır. Hesabatda yükgötürmə həcmi, körpü məhsuldarlığı, emissiyalar və alternativ yanacaq mövcudluğu kimi  məlumatlardan istifadə olunub.

Qlobal reytinqlə yanaşı, hesabatda regional liderlər də müəyyən edilib. Öz regionlarında Nyu-York & Nyu-Cersi, Hamburq, Tanger Med, Cebel Əli və Sidney ön sırada qərarlaşıb.

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır