Heydər Əliyev adına Hərbi İnstitutun kursantları gəmi-muzeyi ziyarət ediblər
Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının "Suraxanı" gəmi-muzeyinə ekskursiyası təşkil olunub.
Ziyarət zamanı kursantlara muzeyin yaranma tarixi, eksponatlar, zəngin kolleksiya və sərgiləri barədə ətraflı məlumat verilib.
Kursantlar Azərbaycan və dünya gəmiçiliyinin tarixi, qədim dənizçilik ənənələri, qəhrəman dənizçilərimizin rəşadətli əməyi barədə ətraflı məlumat əldə ediblər. Bundan əlavə, onlar Azərbaycanın gəmiçilik tarixində iz qoymuş tanınmış dənizçilərin həyat yolu və fəaliyyəti ilə tanış olublar.
Həmçinin ziyarətçilər muzeydəki trenajorlardan, oyun manipulyatorlarından və interaktivlərdən istifadə edərək müxtəlif gəmi əməliyyatlarını yerinə yetiriblər.
Ekskursiya iştirakçıları Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığı və qazandığı möhtəşəm tarixi zəfəri özündə əks etdirən interaktivlə də yaxından tanış olublar.

