Köhnə bərə əyləncə kruizinə çevrilir
Sinqapurda fəaliyyət göstərən "World Cruises" 1982-ci il istehsalı olan "Olau Britannia" bərəsini yenidən quraraq "World Legacy" adı ilə kruiz–əyləncə konsepti üzrə istifadəyə çıxarır.
"Seanews.az" xəbər verir ki, gəminin uzunluğu 153 metrdir və hazırda Liberiya bayrağı altında üzür. O, daha əvvəl "Fred. Olsen", "Color", "Stella", "Fast Net", "Moby Zaza" adı ilə müxtəlif operatorlarda çalışıb.
"World Legacy" Sinqapurdan təxminən bir saatlıq məsafədə lövbərdə qalacaq, Malayziyanın Johor limanına isə sərnişinlər 30–40 dəqiqəyə çatacaq. Gəmiyə giriş üçün bilet qiymətləri təxminən 45 ABŞ dollarından başlayır. Kabinlər əlavə ödənişlə təqdim olunur.
Gəmidə gündüz istirahət və ailəvi proqramlar, gecə isə əyləncə, barlar, canlı musiqi və teatr göstəriləcək. Gəmidə həmçinin karaoke, SPA, uşaq oyun zonası, Çin mətbəxi restoranı və səhərə qədər açıq yemək məkanları olacaq.
Şirkət dekabr ayını sınaq mərhələsi kimi elan edib və 2026-cı ildən daha geniş xidmət paketi planlaşdırır.

