Dənizçilər dövlət qurumları arasında IV minifutbol turnirinə heç-heçə ilə başlayıb
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirində I turun oyunlarına start verilib.
B qrupunda mübarizə aparan ASCO-nun komandası ilk oyununa çıxıb.
ASCO futbolçuları bu turda Gənclər və İdman Nazirliyinin komandası ilə üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində baş tutan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, 8 may 2026-cı ilədək davam edəcək ənənəvi futbol turnirində 45 dövlət qurumu iştirak edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

