İkinci əl "Capesize" gəmi bazarında canlanma: qiymətlər son illərin zirvəsində
S&P (ikinci əl gəmilər) bazarında güclü canlanma müşahidə olunur və xüsusilə 10–15 yaş aralığında olan "Capesize" gəmilər yenidən investorların diqqət mərkəzinə çevrilib.
"Seanews.az" xəbər verir ki, "NYK Bulkship" şirkəti 2012-ci il istehsalı olan 107.000 dedveylik "NBA Rembrandt" gəmisinin satışında razılığa gəlib. Sektor mənbələrinin verdiyi məlumata görə, alıcı "ArcelorMittal Shipping" olub və gəminin satış dəyəri 18,7 milyon dollar təşkil edib.
Oktyabr ayında isə Yaponiya gəmi sahibi "Nissen Kaiun" 2012-ci il istehsalı olan 119.500 dedveytlik "Bastions" gəmisini təxminən 17 milyon dollara satışa çıxarıb.
Bazarın son əməliyyatları göstərir ki, daha böyük "Capesize" gəmilər də yüksək qiymətlərlə satılır.
İki həftə əvvəl 2010-cu il istehsalı "Seaunity" 31 milyon dollar aralığında alıcı taparkən, bu həftə 2011-ci il istehsalı "Pacifist" gəmisinin 32 milyon dollara satıldığı bildirilib.
Gəmiyi satan "NGM Shipping" şirkəti "Pacifist" gəmisini beş il əvvəl təxminən 19 milyon dollara almışdı. Bu da bu seqmentdə sürətli kapital qazancını aydın şəkildə göstərir.
Ekspertlər bildirirlər ki, yüksək nəqliyyat haqqı və məhdud təklifin təsiri ilə ikinci əl "Capesize" bazarında güclü qiymət artımının davam etməsi gözlənilir.

